777c5fc2-7545-4a11-bab4-32a93f8fd595..jpg

Dünyanın aparıcı futbol klubları kiçik Messi uğrunda mübarizə aparır

Baxış sayı: 607 dəfə baxılıb.

Dünyanın aparıcı futbol klubları kiçik Messi uğrunda mübarizə aparır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Mançester Yunayted” klubu “Palmeyras”ın 16 yaşlı futbolçusu
Estevao Villianı almaq istəyir. Yeniyetmə həmçinin Messinyo (kiçik Messi) kimi
də tanınır.

Mankunianlardan başqa, gənc futbolçu üçün “Mançester Siti”, “Çelsi”,
“Arsenal”, “Barselona” və “Real Madrid” də mübarizə aparır.

Məlumata görə, “Palmeyras” 16 yaşlı futbolçunu 60 milyon avroya sərbəst
buraxmağa hazırdır.

Qeyd edək ki, hələ 2018-ci ildə Estevao 10 yaşında olarkən “Nike” ilə
kommersiya müqaviləsi bağlayıb. O, idman şirkəti ilə müqavilə imzalayan ən gənc
braziliyalı oyunçu olub.

Messinyo Braziliya millisinin tərkibində U-17 gənclər arasında dünya
çempionatında da iştirak edib. Onun komandası dörddəbir finalda Argentina ilə
mübarizədən məğlub ayrılıb (0:3), lakin futbolçunun özü turnirdə beş matçda üç
qol vurub və üç məhsuldar ötürmə edib.

Mənbə: championat.com

Source link