Dünyanın dörd böyük şəhərində “Qarabağ” adlı Azərbaycan məktəbləri yaradıldı

Dünyanın dörd böyük şəhərində “Qarabağ” adlı Azərbaycan məktəbləri yaradıldı

Baxış sayı: 1. 688 dəfə baxılıb.

Dünyanın dörd böyük şəhərində “Qarabağ” adlı Azərbaycan məktəbləri yaradıldı

Türkiyədə müvafiq sənədləri olmadan yaşayan həmyerlilərimizin yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm şəhərlərində “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri açıb:

“Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər hazırlanıb və Təhsil Nazirliyinə təqdim edilib. Ümumilikdə, on ölkədə – Almaniya (iki), Macarıstan, Gürcüstan, İspaniya, Ukrayna, İtaliya, Türkiyə, Belçika və Polşada Azərbaycan evləri yaradılıb və gələcəkdə daha səkkiz ölkədə də yaradılması nəzərdə tutulub”.

İlhamə Əbülfət