“Coca cola” şirkət Yaponiyada limon ətirli ilk alkoqollu içkisini satışa çıxarıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Şirkət Asiya ölkəsində gənclər, xüsusilə qadınlar arasında spirtli içkilərə meylin artdığını nəzərə alaraq, 125 illik tarixində ilk dəfə olaraq 3%-8% alkoqollu üç çeşid içki hazırlayıb.
Yeni içkinin tərkibində olan spirt Yaponiyada istehsal olunub. “Coca cola” ənənəyə sadiq qalaraq, yeni içkisinin reseptini “məxfi material” kimi gücləndirilmiş şəkildə mühafizə edir.