Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb.
Bu barədə siyahını “CNN Travel” tərtib edib.
Qeyd olunub ki, düşbərə Azərbaycanın milli xörəklərindəndir:
“Düşbərənin hazırlanması üçün nazik xəmir kiçik hissələrə bölünür və içinə
qoyun və ya mal ətindən qiymə qoyulur. Sonra xəmir bağlanır. Düşbərə suda
bişirilir. Sarımsaqlı qatıq və ya sirkə ilə yeyilir. Üzərinə quru nanə də
səpilə bilir”.
Siyahıda Polşa mətbəxinə məxsus pyeroq, Hindistanın milli yeməyi olan modak,
Rusiyanın pelmen, Mərkəzi Asiyadan mantı, italyanların ravioli və digər
yeməklər də var.
Qeyd edək ki, düşbərə Azərbaycan milli mətbəxinin əsas xörəklərindəndir. Daha
çox Bakı kəndlərinin yeməyi sayılan düşbərə bu gün, demək olar ki, hər bir
ailədə bişirilir.