Düşmənlə üz-üzə döyüşən veteran: “Ermənilər ayıldılar ki, “Yaşma” Şuşanı
götürüb” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baku TV-nin “44 gün” verilişinin yeni buraxılışı efirə gedib.
Budəfəki buraxılışda Vətən müharibəsi iştirakçısı Rizvan Məmmədov keçdiyi
döyüş yolundan danışıb. Cəbhəyə könüllü olaraq yollanan müharibə veteranı
Füzuli, Qubadlı və Şuşa döyüşlərində iştirak etdiyini qeyd edib.
R.Məmmədov Qubadlı döyüşlərində ermənilərlə üz-üzə vuruşduqlarını bildirib:
“Haradasa aramızda 120-130 metr məsafə var idi. Onlarla səhərə kimi döyüşdük.
Səhər açıldıqda maşınlar gəldi, ermənilər məcburiyyətdən maşınlara minib
qaçmağa başladılar”.
R.Məmmədov Şuşa döyüşlərindən də bəhs edib:
“Daşaltıda bizim sağ istiqamətimizdə “Yaşma” vuruşurdu. Biz erməniləri qəsdən
öz üzərimizə çəkdik. Onlar elə bildilər ki, biz “Yaşma”danıq. Ermənilər
üstümüzə gələndə gördülər ki, artıq Şuşa şəhəri “Yaşma” tərəfindən götürülüb”.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: