Düz bağırsağında İrandan narkotik gətirən azərbaycanlı saxlanıldı

Düz bağırsağında İrandan narkotik gətirən azərbaycanlı saxlanıldı

Baxış sayı: 2. 472 dəfə baxılıb.

Düz bağırsağında İrandan narkotik gətirən azərbaycanlı saxlanıldı

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. 

Bu barədə ÇıxışYolu.Com-a DGK-dan məlumat verilib.

Məlumata görə, yoxlama zamanı zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib.

Tibbi müayinə nəticəsində vətəndaşın düz bağırsağından  gömrük nəzarətindən gizlədilən bir ədəd sellofan bükümdə 60 ədəd açıq qəhvəyi rəngli üzərində  “F/M40” nişanəsi olan metadon adlı dərman pereparatları, 18 ədəd qırıntıları və çəkisi 2,173 qram olan açıq qəhvəyi rəngli toz halında metadon aşkar olunub.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan həmin preparatlarda metadonun təsiredici maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com