629bea4c-4f10-4753-8a1e-4f71635d79fe..jpg

DYP cərimə borcları ilə bağlı endirim vədi verən reklamlara görə müraciət edib – VİDEO

Baxış sayı: 588 dəfə baxılıb.

DYP cərimə borcları ilə bağlı endirim vədi verən reklamlara görə müraciət edib
– VİDEO

Sürücülərə cərimələrin ödənməsilə bağlı müxtəlif endirim kampaniyaları
qismində elanlar təqdim olunur.

Sosial şəbəkələrdə yerləşdirilən bu elanlar saxtadır və məqsəd vətəndaşların
şəxsi və bank kartları məlumatlarını ələ keçirtməkdir.

Xezerxeber.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşları
diqqətli olmağa çağırır.

Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Elvin Hacıyev bildirib ki,
“cəriməni buradan ödəyərək endirim əldə et” kampaniyası vədi verən
“asancerime.com” səhifəsi ABŞ-də yaradılıb və vətəndaşlar belə vədlərə
inanmasınlar.

Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, cərimələr tez ödənildiyi
halda 10 faiz endirim təbiq olunur.

Ətraflı süjetdə:


Source link