b490dcc4-ddb4-41d5-9817-e1b0f1269a83..jpg

DYP-dən avtomobilinin şüşələrinə yazı yazan sürücülərə XƏBƏRDARLIQ – FOTO

Baxış sayı: 489 dəfə baxılıb.

DYP-dən avtomobilinin şüşələrinə yazı yazan sürücülərə XƏBƏRDARLIQ – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təəssüflər olsun ki, cəmiyyətdə haqlı narazılıq doğurduğu üçün ictimai qınaq
obyektinə çevrilməsinə və bu səbəbdən DYP tərəfindən dəfələrlə xəbərdarlıqlar
edilməsinə baxmayaraq, hələ də lüzumsuz yazılar və fotolarla avtomobillərinin
şüşələrini və ya banını yazı lövhəsinə çevirən sürücülərə rast gəlinir”

Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin
Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi
polkovnik-leytenant Rövşən Tağıyev özünün “Facebook” hesabında paylaşıb.

O bildirib ki, bəzən də, sürücülər aldıqları mükafatların fotoşəkillərini və
ya özlərinə aid məlumatları avtomobillərdə nümayiş etdirməklə müəyyən imtiyaza
malik olacaqlarını düşünür və ciddi qayda pozuntularına yol verirlər.

“Yolda heç kim hansısa bir imtiyaza malik ola bilməz, yollarda ayrı-seçkilik
yaratmaq istəyi sürücü intizamını yox edən hallardandır.

Qeyd olunan hallar vətəndaşlarımız tərəfindən də ciddi narazılıqla qarşılanır.
Belə ki, son bir ay ərzində (050) 800-09-02 “WhatsApp” nömrəsinə bununla bağlı
131 müraciət daxil olub.

Bir daha bütün avtomobil sahiblərindən və sürücülərdən avtomobillərinə
lüzumsuz yazı və fotoşəkil yapışdırmamağı xahiş edir, bununla bağlı ciddi
tədbirlərin görüləcəyi diqqətlərinə çatdırılır”.

Source link