fbef2471-ec37-4b18-b6f2-fc8ad7cbf17c..jpg

DYP-dən müraciət: “Piyada hərəkətin faydalarından yararlanın”

Baxış sayı: 881 dəfə baxılıb.

DYP-dən müraciət: “Piyada hərəkətin faydalarından yararlanın”

Baş Dövlət Yol Polisi İdarəsi ətraf mühitin qorunması ilə bağlı əhaliyə
müraciət edib.

İdarədən daxil olan müraciətdə deyilir:

“Təəssüf ki, hələ də avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında
atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat
vasitələrinə rast gəlinir. Mütəxəssislərin sözlərinə görə, bu gün
respublikamızda atmosfer havasına atılan çirkləndirici maddələrin 75 faizindən
çoxu məhz avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür.
Hesablamalara görə, ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il
ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması
məqsədilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən aidiyyəti qurumlarla
birgə mütəmadi olaraq tədbirlər görülür, “Təmiz hava” aylıqları keçirilir.
Preventiv əhəmiyyət kəsb edən belə tədbirlər zamanı atmosferə normadan artıq
zərərli maddələr atan avtomobillərin istismarının qarşısının alınması ilə
yanaşı, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki
və hüquqi şəxslərlə nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o
cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirmə
xarakterli söhbətlərin aparılmasına xüsusi önəm verilir.

Cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə bir
daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan
avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini
xahiş edir, eyni zamanda, bu sahədə yol verilən qayda pozuntularının inzibati
məsuliyyət yaratmasını onların nəzərinə çatdırırıq.

Bununla yanaşı, əhaliyə müraciət edərək onlardan avtomobilləşmənin doğurduğu
acı nəticələri nəzərə alaraq, zərurət olmadıqda avtomobildən istifadəni
azaltmağı, ictimai, eyni zamanda alternativ nəqliyyat vasitələrindən istifadəyə
üstünlük verməyi xahiş edir, piyada hərəkətin faydalarından yararlanmağı
tövsiyə edirik”.

Source link