37d7f66d-7d15-4732-8296-a30d9bbf4107..jpg

DYP-dən polisin təqib etdiyi avtomobilin aşması ilə bağlı açıqlama – VİDEO

Baxış sayı: 854 dəfə baxılıb.

DYP-dən polisin təqib etdiyi avtomobilin aşması ilə bağlı açıqlama – VİDEO

Bakıda yol polisi tərəfindən təqib edilən avtomobilin qəzaya düşməsini əks
etdirən görüntülər yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, görüntülərdən hadisənin Qaradağ rayonunda,
Bakı-Ələt yolunun Sahil qəsəbəsi yaxınlığından keçən hissəsində baş verdiyi
məlum olub.

“VAZ” markalı avtomobilin sürücüsü yol polisinin “saxla” əmrinə tabe olmayaraq
hərəkətə davam edib və maşını yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə sürüb.
Bu zaman məntəqə əməkdaşlarından avtomobilini gizlətməsini xahiş edən sürücü
DYP maşınının yaxınlaşdığını görərək yenidən sürətlə sürərək uzaqlaşmağa
başlayıb. Yağışlı havada təhlükəli manevrlər edən sürücü təxminən 1 dəqiqə
sonra isə avtomobili aşırıb. Hadisə avtomobilin video-qeydiyyat cihazı
tərəfindən anbaan lentə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev
hadisə ilə bağlı açıqlamasında deyib ki, məsələ nəzarətə götürülüb:

“Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat
veriləcək”.

Həmin görüntüləri təqdim edirik:


Source link