DYP sürücülərə çağırış edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) paytaxtdan bölgələrə gedən sürücülərə
çağırış edib.
İdarənin yaydığı məlumata görə, BDYPİ-nin bütün şəxsi heyəti gücləndirilmiş
formada yollarda hərəkəti tənzimləyir.
“Bu gündən etibarən paytaxtdan bölgələrə doğru böyük avtomobil axının olması
nəzərə alınaraq DYP-nin bütün şəxsi heyəti yollarda hərəkətin tənzimlənməsinə
cəlb edilib.
Bütün bu tənzimləmələrə baxmayaraq bəzi yollarda yenə də sıxlıq müşahidə
edilir. Bu səbəbdən bütün sürücülərdən xahiş olunur ki, yolda tələskənliyə yol
verməsinlər, sürət həddinə xüsusilə ciddi əməl etsinlər və yol hərəkəti
qaydalarını pozmasınlar”, – məlumatda qeyd olunub.