98818ebc-ab5a-4720-9b8f-9e7a2af1f802..jpg

DYP təmizlik işçilərinə işıqqaytaran jiletlər verib

Baxış sayı: 442 dəfə baxılıb.

DYP təmizlik işçilərinə işıqqaytaran jiletlər verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) təmizlik işçilərinə işıqqaytaran
jiletlər verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin
Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən
Tağıyev məlumat verib.

“Yollarımızın, küçələrimizin, yaşadığımız şəhərlərin təmizliyini təmizlik
işçilərinə borcluyuq. Bayram günlərində BDYPİ yollarda çalışanlara
təhlükəsizlik məqsədilə işıqqaytarıcı elementləri olan jiletlər və müxtəlif
hədiyyələr təqdim edib. Yollarda çalışan istənilən şəxs BDYPİ-yə müraciət
etməklə bu jiletlərdən əldə edə bilər. Günün qaranlıq vaxtı bu jiletlərin
istifadəsi təhlükəsizlik baxımından mütləqdir”, – deyə o qeyd edib.

Source link