74fbbf0a-c6e8-42af-92fa-bcefcdf89f15..jpg

EBRD “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə 60 milyon dollar kredit ayıracaq

Baxış sayı: 750 dəfə baxılıb.

EBRD “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə 60 milyon dollar kredit ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC-yə (ASCO) yeni gəmilərin alınması ilə bağlı 60 milyon ABŞ
dolları məbləğində uzunmüddətli kredit ayıracaq.

EBRD-dan verilən məlumata görə, kreditin təsdiqi bankın Direktorlar Şurası
tərəfindən aprelin 26-na planlaşdırılıb.

Məlumatda bildirilir ki, bu layihə səhmdar cəmiyyətə Xəzər dənizindən kənarda
– beynəlxalq sularda kommersiya donanması əməliyyatlarını genişləndirməyə,
regional əlaqə və ticarət münasibətlərinin inkişaf etdirməyə dəstək verəcək.

Bundan başqa, layihə ASCO-ya tranzit yüklərinin daşınmasını artırmağa, marşrut
istiqamətlərini şaxələndilməsi üçün əlavə gəmilərin alınması ilə “rəqabət”
keçid keyfiyyətini yüksəltməyə, həmçinin şirkətin beynəlxal sularda olan
gəlirlərini artırmaqla Orta Dəhlizdə nəqliyyat əlçatanlığını asanlaşdırmağa
imkan verəcək.

Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051
milyon manatdır. Şirkət 100% dövlətə məxsusdur.

Source link