40f038cc-c5be-4622-a266-36205814e0bf..jpg

EBRD COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır – YENİLƏNİB + FOTO

Baxış sayı: 706 dəfə baxılıb.

EBRD COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə bərpa olunan
enerji, informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi sahəsində
birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə olunub.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, müzakirələr EBRD-nin Azərbaycandan
müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarovla Bankın birinci vitse-prezidenti
Yurgen Rigterink arasında virtual formatda keçirilən görüşdə aparılıb.

“Azərbaycan Bankla əlaqələrin inkişafına önəm verir və EBRD ilə birgə həyata
keçirilən layihələr üzrə qabaqcıl təcrübənin, innovativ texnoloji yeniliklərin
ölkəmizdə tətbiqi xüsusilə əhəmiyyətlidir. EBRD-lə enerji, xüsusilə bərpa
olunan və alternativ enerji, “Hökumət buludu” Məlumat Mərkəzi (G-Cloud) və s.
kimi gündəlikdə duran pioritet layihələrin müzakirəsi vacibdir”, – M. Cabbarov
deyib.

Y. Riqterink bildirib ki, ikitərəfli əməkdaşlıq portfelinin mühüm məsələləri
əhatə edir: “Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüsləri tərəfdaşlığı
stimullaşdırdırır. EBRD COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır”.

Görüşdə Bankın dəstəyi ilə ölkədə həyata keçirilən layihələr, “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə əməkdaşlığın perspektivləri və digər sahələrdə
birgə fəaliyyətin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

18:46

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) COP29 (BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası)
çərçivəsində əməkdaşlığa dair məsələləri müzakirə edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” sosial şəbəkəsindəki
hesabında yazıb

“EBRD-nin birinci vitse-prezidenti Yurgen Riqterink ilə videokonfrans
formatında keçirdiyimiz görüşdə Bankın dəstəyi ilə ölkəmizdə reallaşdırılan
layihələri, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə tərəfdaşlığı,
həmçinin Azərbaycanda keçiriləcək COP29 çərçivəsində əməkdaşlığa dair
məsələləri müzakirə etdik”, – nazir qeyd edib.


Source link