d22a3e75-ca93-408d-888a-9d8d821ba099..jpg

EBRD-nin Qafqaz üzrə nümayəndə heyəti Azərbaycana səfər edəcək

Baxış sayı: 856 dəfə baxılıb.

EBRD-nin Qafqaz üzrə nümayəndə heyəti Azərbaycana səfər edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) siyasət və tərəfdaşlıq üzrə
vitse-prezidenti Mark Bouman və Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor
Matteo Patrone yanvarın 16-19-u tarixlərində Cənubi Qafqaz ölkələrinə səfər
edəcək. Səfər çərçivəsində bank rəsmiləri əvvəlcə Ermənistanda, sonra Gürcüstan
və Azərbaycanda olacaq.

Cixisyolu.com-ın məlumatına görə bu barədə EBRD-nin saytında xəbər verilib.

Bildirilir ki, qarşıdakı səfər ötən ilin sentyabrında EBRD-nin prezidenti Odil
Renaud-Basson Qafqaza son turundan sonra baş tutur. Bank rəsmilərinin səfərinin
məqsədi həm özəl, həm də dövlət sektorunda qarşıda duran layihələri müzakirə
etməkdir. Həmçinin maliyyə dayanıqlığı, siyasi islahatlar və bankın qarşıdan
gələn yeni ölkə strategiyalarına hazırlıqla bağlı müzakirələr də gündəmdədir.

Bakıya səfər çərçivəsində Azərbaycanın siyasi rəhbərliyi, həmçinin diplomatik
ictimaiyyətin nümayəndələri, beynəlxalq inkişaf tərəfdaşları və biznes
müştəriləri ilə görüşlər keçiriləcək. Bundan başqa Azərbaycan Mərkəzi Bankının
nümayəndələri ilə görüşün keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, EBRD 1992-ci ildən bəri regionda maliyyə, korporativ,
infrastruktur və enerji sektorlarında 650-dən çox layihəyə 10 milyard avrodan
çox sərmayə qoyub ki, bunun da əksəriyyəti özəl sektorun payına düşür.

Source link