3f46e86f-2105-42a9-b459-ab05fa0a6ba3..jpg

Ebru Gündeşin qızını gizlətməsinin səbəbi məlum oldu – FOTO/VİDEO

Baxış sayı: 2. 490 dəfə baxılıb.

Ebru Gündeşin qızını gizlətməsinin səbəbi məlum oldu – FOTO/VİDEO

2021-ci ildə Reza Zərrabdan boşanan Türkiyənin məşhur müğənnisi Ebru Gündəş
qızını mediadan gizlətmək cəhdi ilə yenidən gündəmə gəlib.

“Haber Global”ın məlumatına görə, bu məsələdə Reza Zərrab təfərrüatı xüsusi
diqqət çəkib.

Məlumata görə, Yeni ili Kiprdə səhnədə qarşılayan Ebru Gündeş 2022-ci ilə
girdikdən qısa müddət sonra qızı Alaranın yanına gedib, onun alnından öpüb və
yenidən mahnısını oxumağa davam edib.

Tamaşaçılar bu vaxt uşağın görüntülərini çəkiblər. Türkiyəli ifaçı isə qızının
şəklini paylaşanlara əsəbiləşib.

Ebru Gündəşin reaksiyasını həmkarı Seren Serengil şərh edib.

Onun sözlərinə görə, ifaçının qızı ilə bağlı bu həssaslığı Reza Zərrabla
bağlıdır.

“Ebrunun bu cür davranmağının səbəbi, övladının atası R.Zərrabın düşmənlərinin
uşağa pislik etməsindən çəkinməsi ola bilər. O, haqlıdır. Bu haqda mən də
eşitmişəm: O, harasa gedəndə Alaranın görünməsini istəmir”, – deyə Serengil
fikirlərini bölüşüb.


Source link