e76f99b1-da51-44d6-93cb-f8fac5d9007f..jpg

Əcnəbiləri iş vədi ilə aldadıb Azərbaycana gətirən şəxs saxlanılıb

Baxış sayı: 615 dəfə baxılıb.

Əcnəbiləri iş vədi ilə aldadıb Azərbaycana gətirən şəxs saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirləri
zamanı öz həmvətənlərini Azərbaycanda işlə təmin etmək, həmçinin Avropa
ölkələrinə daşımaq vədləri ilə aldadaraq ölkəmizə gəlmələrini təşkil edən
əcnəbi saxlanılıb.

Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Həmin şəxsin altı əcnəbini Azərbaycanda işlə təmin etmək, bir əcnəbini isə
Avropa ölkələrinə daşımaq vədi ilə aldadaraq onların ümumilikdə 15 000 dollar
məbləğində pul vəsaitini mənimsədiyi müəyyən edilib.

Qanunsuz miqrasiyanın təşkilinə, həmçinin digər qanunsuz əməllərə dair əsaslı
faktlar müəyyən olunduğundan aşkar edilən halla bağlı materiallar hüquqi qiymət
verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

Vətəndaşlardan qanunsuz miqrasiya halları ilə rastlaşdıqda Dövlət Miqrasiya
Xidmətinin “(012)-919” Çağrı mərkəzini məlumatlandırmaları xahiş olunur. Çağrı
mərkəzi həftənin 7 günü 24 saat fəaliyyət göstərir.

Source link