8b28a0f4-5158-4124-a008-cc87db6d82d7..jpg

Ed Şirandan tanımadığı cütlüyün toyunda xoş sürpriz – VİDEO

Baxış sayı: 575 dəfə baxılıb.

Ed Şirandan tanımadığı cütlüyün toyunda xoş sürpriz – VİDEO

Britaniyalı musiqiçi Ed Şiran Las-Veqasda (ABŞ) tanımadığı şəxslərin toyuna
qatılmaqla bəylə gəlinə inanılmaz sürpriz edib.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Müğənni həmçinin onların qarşısında yeni mahnısı “Magical”ı ifa edib.

Məlumata görə, yeni evlənən cütlüklər Cordan və Karter Lindenfilddir.

Müğənninin gözlənilməz çıxışından sonra yeni evlənənlər nikah şəhadətnaməsinə
imza atıblar. Ed Şiran da şahid kimi imza atıb. Daha sonra xoşbəxt cütlük və
ifaçı xatirə şəkli çəkdiriblər.


Source link