04ca047e-79d0-46fd-9ea7-cd7eda120475..jpg

Edam hökmü verilən Almaniya vətəndaşına görə Berlin və Tehran arasında münasibətlər kəskinləşir – FOTO

Baxış sayı: 879 dəfə baxılıb.

Edam hökmü verilən Almaniya vətəndaşına görə Berlin və Tehran arasında
münasibətlər kəskinləşir – FOTO

Tehran iki alman diplomatı persona non-qrata elan edib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bəyan edib.

“İran İslam Respublikasının prioriteti qarşılıqlı hörmət mühitində ünsiyyət
qurmaqdır. Lakin müəyyən tərəflər ölkəmizin əsas qaydalarına və milli
suverenliyinə məhəl qoymamağa çalışsalar, mütləq alternativ həll yollarından
qaçmaq olmaz”, – deyə Kənani bildirib.

Qeyd edək ki, fevralın 22-də Berlin ikili (alman və İran) vətəndaşlığı olan
Cəmşid Şarməhdin ölüm hökmünə cavab olaraq iki
iranlı diplomatı ölkədən çıxardıb. Bundan sonra İran analoji cavab vermək
qərarına gəlib.

67 yaşlı Şarməhd Almaniya vətəndaşıdır. O, 2003-cü ildən Kaliforniyada
yaşayıb. 2020-ci ilin iyul ayında Yaxın Şərqə səfər edərkən İran təhlükəsizlik
qüvvələri tərəfindən qaçırılaraq İrana aparılıb, burada isə vəkilsiz mühakimə
olunub. İranın ədliyyə orqanları onu terror fəaliyyətində təqsirli biliblər.

Mənbə: IRNA

Source link