a29d5aaa-cf4d-4954-b0a5-11467a0e7a36..jpg

Edinburqda Ermənistanın mina terrorunu əks etdirən məlumatlandırma aksiyası keçirilib – FOTO

Baxış sayı: 463 dəfə baxılıb.

Edinburqda Ermənistanın mina terrorunu əks etdirən məlumatlandırma aksiyası
keçirilib – FOTO

Şotlandiyanın Edinburq şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal
illərində Azərbaycanın Qarabağ bölgəsində kütləvi şəkildə basdırılan minaların
faciəvi nəticələrini əks etdirən məlumat xarakterli aksiya keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı
müxtəlif şüarları, həştəqləri və məlumatları əks etdirən LED ekranlı yük
avtomobilləri Edinburq şəhərinin izdihamlı mərkəzi küçələrində hərəkət edib.
Səkkiz saat davam edən aksiya zamanı avtomobil Edinburqun “Royal Mile”,
“Princess Street”, “George Street”, “Victoria Street”, “High Street”, “North
Bridge”, “Castle Street” və digər küçələrindən keçməklə yerli sakinlərin
diqqətini cəlb edib.

Məlumatlarda Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində
Azərbaycan torpaqlarında 1,5 milyon mina basdırıldığı, 147 988 hektar ərazinin
yüksək səviyyədə, 675 570 hektar ərazinin isə orta və aşağı səviyyədə
çirkləndirildiyi, Ermənistanın Azərbaycana qarşı mina terroru törətməsi
nəticəsində 1991-ci ildən bu günə qədər arasında qadın və uşaqlar da olmaqla 3
393 mina qurbanının olduğu kimi faktlar, #stoparmeniancrimes,
#MapsForKarabakhSafety, #KarabakhSafety kimi həştəqlər yer alıb.

Source link