08b63239-8d50-45f9-9ed6-ae1a09293e97..jpg

Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir

Baxış sayı: 640 dəfə baxılıb.

Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində həyata keçirdiyi
bir çox səlahiyyətlər Məhkəmə-Hüquq Şurasına həvalə edilir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə
edilərək parlamentə tövsiyə olunan “Məhkəmələr və hakimlər haqqında” Qanuna
təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məhkəmə statistikasının aparılması, məhkəmələrdə
kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin
edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər
görmək, birinci və apelyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin
təşkili vəziyyətini yoxlamaq, həmçinin birinci instansiya məhkəmələrində sədr
və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını
müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə etmək, birinci
instansiya məhkəmələrinin hakimlərini onların razılığı ilə digər məhkəməyə ezam
etmək, onlara məzuniyyət vermək, həmin məhkəmələrin aparatlarının strukturunu
və ştat cədvəlini təsdiq etməklə bağlı hüquqlar Məhkəmə-Hüquq Şurasına aid
edilir.

Digər dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının hakimlər
barəsində intizam icraatının başlanılması barədə müraciət etməsi imkanı və
hakimlərin həmin orqana ezam edilməsi qanundan çıxarılır. Hakimlərin öz
razılığı ilə Məhkəmə-Hüquq Şurasının Aparatına ezam müddəti isə 1 ilədək
müddətə azaldılır. Bundan başqa, layihədə Məhkəmə-Hüquq Şurasının hər hansı
müraciət olmadan qanunla müəyyən edilmiş hallarda bütün instansiya
məhkəmələrinin hakimləri barəsində intizam icraatı başlamaq vəzifəsi qeyd
olunur.

Dəyişikliklərin 2024-cü il iyunun 1-dən qüvvəyə minməsi təklif olunur.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Source link