Ədliyyə Nazirliyinin sabiq şöbə rəisi həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ədliyyə Nazirliyinin Katibliyinin məxfi şöbəsinin rəisi Hafiz Əliyev
dələduzluq ittihamı ilə həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hafiz Əliyev Maştağa qəsəbəsinin
sədri İlqar Qurbanova təkrar bələdiyyə sədri seçiləcəyi barədə yalan vəd
verərək onun 90 min manat pulunu ələ keçirib.
Bir müddət sonra zərərçəkmiş İlqar Qurbanov vəfat edib. Onun hüquqi varisi
kimi tanınan həyat yoldaşı Hafiz Əliyevlə bağlı hüquq-mühafizə orqanlarına
müraciət edib. Təqsirləndirilən ədliyyə əməkdaşı haqda istintaq dövründə
polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Hafiz Əliyev 5
il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Hafiz Əliyev 2019-2023-cü illərdə sözügedən vəzifəni icra edib.