Ədliyyə orqanlarının yaradılmasının 105 illiyinə həsr olunmuş şahmat turniri
keçirildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
16-17 noyabr tarixlərində ədliyyə orqanlarının 105 illik yubileyi və ədliyyə
işçilərinin peşə bayramına həsr olunmuş şahmat turniri keçirilib.
Cixisyolu.com xəbər verir ki, turnir gərgin mübarizə şəraitində keçib.
Yarışda çempionluğu penitensiar xidmətin əməkdaşı, ədliyyə mayoru Cavid
Məmmədov əldə edib. İcra xidmətinin əməkdaşı, ədliyyə müşaviri Rəşad Hacıyev,
penitensiar xidmətin əməkdaşı, ədliyyə mayoru Zamin Əliyev isə müvafiq olaraq 1
və 2-ci yerləri tutublar.