415229cf-4f5e-48f3-8794-073e063c6080..jpg

Edmond Tapsoba: “Finala yüksəlmək istəyirik”

Baxış sayı: 550 dəfə baxılıb.

Edmond Tapsoba: “Finala yüksəlmək istəyirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bayer 04”ün futbolçusu Edmond Tapsoba final mərhələsinə yüksəlmək
istədiklərini deyib.

Məlumata görə, bu mövsüm məğlubiyyət üzü görməyən Leverkuzenin “Bayer 04”
klubu “Roma” ilə bugünkü görüşdə də qalib gələrək uğurlu seriyalarını davam
etdirmək istəyir.

Komandanın mərkəz müdafiəçisi Tapsoba “Roma” ilə oyunöncəsi mətbuat
konfransında açıqlama verib.

“Karyeramda 3-cü dəfə final mərhələsində oynamaq üçün nə lazımdırsa edəcəyəm.
Komanda olaraq özümüzü oyuna tam hazırlamışıq. Məşqçimiz Xabi Alonso bizə 2:0
hesablı qələbəni unutdurub. Biz qarşılaşmaya sanki final matçı kimi çıxacağıq”.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Mənbə: Bild.de

Source link