Eduard Məmmədov: “1700 idmançı arasında dünya çempionuyam” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu yarışa məqsədlə hazırlaşırdım. Öz rekordumu yeniləmək istəyirdim. 2009,
2019 və keçən ilki Avropa çempionatında iki qızıl medal əldə etmişdim. Bu il də
WAKO versiyası üzrə iki növdə döyüşərək qızıl medal qazandım”.
Bunu Baku TV-yə açıqlamasında Portuqaliyanın Albufeyra şəhərində kikboksinqin
WAKO versiyası üzrə keçirilən dünya çempionatında veteranların yaş
kateqoriyasında iki qızıl medal qazanan Eduard Məmmədov deyib.
63 kiloqram çəki dərəcəsində “layt kontakt” və “kik layt” növlərində fəxri
kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışın çox çətin keçdiyini
bildirib:
“İki gün ərzində altı döyüş keçirdim. Birinci gün dörd, ikinci gün isə iki
döyüşə çıxdım. İki versiya üzrə yarışmaq çox çətin idi. 1700 iştirakçı arasında
yeganə idmançıyam ki, iki versiyada döyüşərək qızıl medal qazandım”.
E.Məmmədov yarışda iştirak edən tələbələrindən də bəhs edib:
“Bu yarış mənim üçün iki qat çətin idi. Özümlə yanaşı, həm də tələbələrim də
döyüşürdü. Elə olurdu ki, döyüş qurtaran kimi mən tez geyinib onlarına yanına
qaçırdım, istiqamətlər verirdim”.
Ətraflı süjetdə: