EEVZA: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi bu gün Litvanın
Şaulyay şəhərində start götürəcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyası
(EEVZA) çempionatında ilk oyununa çıxacaq.
“Report”un məlumatına görə, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv
Estoniya yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
Komanda növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə də görüşəcək.
Qeyd edək ki, yanvarın 7-dək baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakteri
daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə
vəsiqə əldə edəcək.