f0fa85f9-83a2-4d4c-bc90-213b2fe9adb3..jpg

EEVZA: Azərbaycan millisi ikinci oyunda da uduzub – YENİLƏNİB

Baxış sayı: 591 dəfə baxılıb.

EEVZA: Azərbaycan millisi ikinci oyunda da uduzub – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay
şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA)
çempionatında növbəti oyununa çıxıb.

“Report”un məlumatına görə, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv
Latviya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma komandamızın məğlubiyyəti ilə yekunlaşıb – 0:3 (11:25, 9:25,
20:25). Millimiz ilk matçında Estoniyaya da eyni hesabla uduzub. U-20 növbəti
günlərdə Ukrayna, Litva və Polşa ilə də görüşəcək.

Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter
daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə
vəsiqə əldə edəcək.

09:26

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay
şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA)
çempionatında növbəti oyununa çıxacaq.

“Report” xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Latviya
yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Millimiz ilk matçında
Estoniyaya 0:3 hesabı ilə uduzub. U-20 növbəti günlərdə Ukrayna, Litva və Polşa
ilə də görüşəcək.

Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter
daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə
vəsiqə əldə edəcək.

Source link