76c7c601-5390-4573-9a7f-2a8d48c233e2..jpg

EEVZA: Azərbaycan millisi ikinci oyununa çıxacaq

Baxış sayı: 582 dəfə baxılıb.

EEVZA: Azərbaycan millisi ikinci oyununa çıxacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay
şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA)
çempionatında növbəti oyununa çıxacaq.

“Report” xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Latviya
yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Millimiz ilk matçında
Estoniyaya 0:3 hesabı ilə uduzub. U-20 növbəti günlərdə Ukrayna, Litva və Polşa
ilə də görüşəcək.

Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter
daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə
vəsiqə əldə edəcək.

Source link