EEVZA: Azərbaycan millisi son oyununa çıxacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən
Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son matçına
çıxacaq.
Cixisyolu.com-ın məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma bu gün ev
sahibləri ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komanda daha əvvəl Ukrayna,
Estoniya və Latviyaya 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, bu gün başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır.
Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə
edəcək.