EEVZA: Azərbaycan millisi yenə də uduzdu – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay
şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA)
çempionatında üçüncü oyununa çıxıb.
“Report” xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Ukrayna ilə
qarşılaşıb.
Oyun yığmanın 0:3 (12:25, 6:25, 10:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Təmsilçimiz əvvəlki iki matçda Estoniya və Latviyaya da eyni hesabla uduzub.
U-20 sabah Litva, yanvarın 7-də isə Polşa milliləri ilə münasibətləri
aydınlaşdıracaq.
Qeyd edək ki, yanvarın 7-nə qədər davam edəcək yarış AVRO-2024-ə seçmə
xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final
mərhələsinə vəsiqə qazanacaq.
10:14
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay
şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA)
çempionatında üçüncü oyununa çıxacaq.
“Report” xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda bu gün
Ukrayna ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.
Təmsilçimiz əvvəlki iki matçda Estoniya və Latviyaya 0:3 hesabı ilə məğlub
olub. U-20 yanvarın 6-da Litva, bir gün sonra isə Polşa ilə münasibətləri
aydınlaşdıracaq.
Qeyd edək ki, yanvarın 7-nə qədər davam edəcək yarış AVRO-2024-ə seçmə
xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final
mərhələsinə vəsiqə qazanacaq.