d79cfa24-01e2-4386-a4a1-15393df214c0..jpg

EEVZA: Azərbaycan yığması Estoniyaya uduzdu – YENİLƏNİB

Baxış sayı: 557 dəfə baxılıb.

EEVZA: Azərbaycan yığması Estoniyaya uduzdu – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın qızlardan ibarət U-20 millisi Litvanın Şaulyay şəhərində
keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk
oyununa çıxıb.

“Trend” xəbər verir ki, Şahin Çatmanın baş məşqçilik etdiyi millimiz Estoniya
yığması ilə üz-üzə gəlib.

Matç Azərbaycan yığmasının 0:3 (10:25, 15:25, 22:25) hesablı məğlubiyyəti ilə
başa çatıb.

Xatırladaq ki, U-20 növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə
qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış Avro-2024-ə seçmə xarakter
daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə
vəsiqə əldə edəcək.

09:14

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi bu gün Litvanın
Şaulyay şəhərində start götürəcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyası
(EEVZA) çempionatında ilk oyununa çıxacaq.

“Report”un məlumatına görə, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv
Estoniya yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Komanda növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə də görüşəcək.

Qeyd edək ki, yanvarın 7-dək baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakteri
daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə
vəsiqə əldə edəcək.

Source link