EEVZA: Azərbaycanın U-20 millisi üçüncü oyununu keçirəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən
Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına
çıxacaq.
Cixisyolu.com-ın məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Latviya
ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Komanda daha əvvəl Ukrayna və
Estoniyaya 0:3 hesabı ilə uduzub. U-20 turnirdə Polşa kollektivi ilə də
qarşılaşacaq.
Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter
daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə
vəsiqə əldə edəcək.