Efirdə qalmaqal: Flora Kərimova ilə Elza Seyidcahan barışdı? – YENİLƏNİB +
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Elgizlə izlə” proqramında Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza
Seyidcahan arasında gərgin anlar yaşanıb.
Proqram zamanı mübahisə edən sənətçilərin davası Seyidcahanın mikrofonu
söndürüldükdən sonra da davam edib. Sonda Seyidcahan mikrofonu yerə çırparaq
efiri tərk edib.
Proqramın üçüncü hissəsindən sonra reklam fasiləsi zamanı isə müğənnilər
barışıb.
Həmin görüntüləri aparıcı Elgiz Əkbər sosial şəbəkədə paylaşıb.
Flora Kərimova videoda Elza Seyidcahana “Allaha and içirəm, sizi çox
istəyirəm. Fəlsəfənizi də başa düşürəm. Bir sualım var, bədəninizin rahatlığı
üçün, yoxsa düşüncənizin rahatlığı üçün belə geyinirsiniz” sualını ünvanlayıb.
Elza Seyidcahan isə cavab olaraq “Sizin qarşınızda baş əyirəm, amma düzgün
cavab verəcəyəm. Məndən inciməyəcəksiniz? Əllərinizdən, ayaqlarınızdan öpürəm.
Siz o vaxt Cavan Zeynallı ilə duet oxuyarkən paltarınızın bel hissəsi açıq idi,
açıq-saçıq geyinmişdiniz. Sizin bədəninizin rahatlığı, yoxsa səhnə məcbur
etmişdi? O zaman heç kim açıq geyinməmişdi. Siz də sənətdə böyük yeniliklər
etmisiniz, çiyini, beli, sinəni açmısınız” sözlərini deyib.
Qeyd edək ki, mübahisəyə səbəb F.Kərimovanın E.Seyidcahanın geyimlərinə irad
bildirməsi ilə başlayıb. O, Elzanın Xalq artisti Rafael Dadaşovun dəfn
mərasiminə tacda qatılmasını tənqid edib.
Həmin görüntüləri təqdim edirik:
09.01.2023, 15:44
Xalq artisti Flora Kərimova və Əməkdar artist Elza Seyidcahan arasında gərgin
anlar yaşanıb.
Cixisyolu.com xəbər verir ki, buna səbəb Flora Kərimovanın Elza Seyidcahanın geyiminə
irad bildirməsi olub.
Belə ki, Flora xanım Elzanın Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə
tacda qatılmasını tənqid edib.
“Necə geyinirsiniz geyinin, mənə dəxli yoxdur. Mənə Azərbaycan qadını kimi
aidiyyəti var. Buna ixtiyarım çatır. Çünki mən sənətin sənətkarıyam. Bundan
başqa, qadın və azərbaycanlıyam. Bir ara inciyib Polşaya getmişdim. Orada bir
aktrisa var idi, gündəm olmaq üçün müxtəlif pozalar verirdi. O bunu məşhur
olmaq üçün edirdi. Lakin məşhur olmağın keyfiyyətləri var. Bu gün bir qayınana
kimi keyfiyyətsiz bir oğlana qızımı verməzdim”.
Ona cavab olaraq Seyidcahan – “Əgər sizin mənim keyfiyyətimə şübhəniz varsa,
əqidəm bir olub. Siz, üzr istəyirəm, ancaq külək kimi əsmisiniz”, – deyə
bildirib.
Daha sonra onun mikrofonu söndürülüb və tərəflər arasında mübahisə davam edib.
Sonda Seyidcahan mikrofonu yerə çırparaq efiri tərk edib.
Daha ətraflı ARB TV-nin süjetində: