Əfqanıstan tarixində ilk dəfə elektrik borcunu tam ödəyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əfqanıstan 627 milyon dollar vəsaiti xərcləməklə tarixində ilk dəfə xarici
dövlətlərə olan elektrik borcunu tam ödəyib.
Bu açıqlama ilə Əfqanıstan Elektrik Şirkətinin rəhbəri Hikmətullah Mayondi
çıxış edib.
“Əfqanıstan Tacikistan, Özbəkistan, Türkmənistan və İrandan idxal olunan
elektrik enerjisinin pulunu tam ödəyib”, – deyə o qeyd edib.
Hikmətullah Mayondi Əfqanıstan banklarına qoyulan embarqoya, sanksiyalara və
iqtisadi problemlərə rəğmən bu problemi həll etdiklərini xüsusi vurğulayıb.
Mənbə: Darivoa