Əfqanıstanda qəzaya uğrayan və təkcə rusiyalı sərnişinlərin öldüyü təyyarədə
1,2 milyon dollar müəmması
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əfqanıstanda qəzaya uğrayan
“Falcon-10” təyyarəsindən 1,2 milyon ABŞ dolları (təqribən 2 milyon manat)
oğurlanıb.
Bu barədə yerli mənbələrə istinadən “Hasht e Subh” qəzeti məlumat yayıb.
“Etibarlı mənbələr qəzetə bildiriblər ki, bu qədər pul oğurlandıqdan sonra
“Taliban” hökumətinin Bədəxşan vilayəti üzrə qubernatoru Məhəmməd Əyyub Xalid
baş nazirin müavini Məhəmməd Həsən Axundun göstərişi ilə faktları müəyyən etmək
və məsələni araşdırmaq üçün komissiya təyin edib”, – deyə nəşrdə bildirilib.
Mənbələrin məlumatına görə, qəza yerinə ilk gələn qrup “Taliban” silahlı
qüvvələrinin baş qərargah rəisi Kari Fasihuddin Fitratla əlaqəlidir.
Hələlik “Taliban” və ya Rusiya hakimiyyətindən heç bir şərh verilməyib.
Xatırladaq ki, yanvarın 20-də Qaya (Hindistan) – Daşkənd (Özbəkistan) –
Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirən
sərnişin təyyarəsi Əfqanıstandaqəzaya uğrayıb
İlkin məlumatlara görə, hadisə texniki nasazlıq – hər iki mühərrikin sıradan
çıxması nəticəsində baş verib.
Rusiya Tur-operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, biznes-jetin
göyərtəsində dörd ekipaj üzvü (ikisi tibb işçisi) və iki sərnişin –
Volqodonskdan (Rusiya) “bazarlar kralı” Anatoli Yevsyukov və xanımı Anna
olublar. Onlar ötən il dekabrın ortalarından Tailandda istirahət ediblər. Qadın
orada ağır xəstələnib və Pattayadakı klinikalardan birində müalicə olunub. Daha
sonra onun Rusiyaya aparılmasına qərar verilib. Qəza nəticəsində cütlük həlak
olub, təyyarədə olan dörd heyət üzvü isə müxtəlif bədən xəsarətləri alıb.