Əfv sərəncamı kimlərə şamil olunacaq? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına
başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin
hazırlanması barədə qərarlar qəbul edildi”.
Bunu Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
“Əfvdən kənarda hər hansı bir şəxs qalmır. İstənilən məhkum müraciət etdikdə
onun əfvə düşmə ehtimalı var. Amma hər şeydən əvvəl bir sıra meyarlar var ki,
bir qayda olaraq onlara əməl edilir.
Söhbət edilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi, şəxsin əvvəllər
cinayət edib-etməməsi məsələsi, zərərçəkmişin mövqeyi, dəymiş ziyanın
ödənilməsi, ailə vəziyyəti və s. kimi amillərdən gedir. Bütün bunlar rəylərin
hazırlanması zamanı diqqətə alınır”, – o bildirib.
Daha ətraflı Baku TV-nin süjetində: