1f4495a5-c573-4e52-a79f-6d82812c6d07..jpg

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat – FOTO

Baxış sayı: 848 dəfə baxılıb.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin
direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.

“Qafqazinfo”nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən
bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsinə 16 aprel
2024-cü il tarixindən Fəzail Salman oğlu Məmmədov təyin olunub.

Fəzail Məmmədov 2019-2023-cü illərdə paytaxtdakı 250 nömrəli, 2023-2024-cü
illərdə isə 314 nömrəli tam orta məktəbdə direktor vəzifəsində fəaliyyət
göstərib.

Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun
aralarında yaranmış mübahisə zamanı atası – 1972-ci il təvəllüdlü Mehman Əhməd
oğlu Əhmədovu, anası – 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və
qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa
bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun
azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi
amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi
öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı
ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Source link