4c78218a-dea4-4adf-87be-a43eb3fb9662..jpg

Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunublar

Baxış sayı: 534 dəfə baxılıb.

Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunublar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün
hazırlıq planına əsasən, hərbi hissələrdə bir qrup hərbi vəzifəlinin cəlb
edildiyi növbəti təlim toplanışı başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında
müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və
digər təminat növləri ilə təmin olunublar.

Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin
artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə
müxtəlif tapşırıqlar yerinə yetiriləcək.

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışının əsas məqsədi onların döyüş
vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək, eyni zamanda
ordumuzun arsenalında olan müasir silah və hərbi texnikanın istismar
qaydalarını öyrətməkdir.

Source link