Ehud Barak: İsrail Azərbaycandan çox şey öyrənə bilər

Ehud Barak: İsrail Azərbaycandan çox şey öyrənə bilər

Baxış sayı: 2. 135 dəfə baxılıb.

İsrail üçün açıq müsəlman ölkəsi olan və dinamik inkişaf edən Azərbaycan ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır. 

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri stmegi.com saytına müsahibəsində İsrail sabiq baş naziri və daxili işlər naziri Ehud Barak deyib. 

“Mənim fikrimcə, hər iki ölkə minillik tarixi olan müasir millətlərə, sülh və sabitlik axtarışının böyük ənənələrinə sahibdir. Biz hər iki tərəfə fayda kəsb edən müdafiə və təhlükəsizlik kimi sahələrdə qarşılıqlı fəaliyyəti və əməkdaşlığı inkişaf etdiririk. Bir çox digər sahələrdə mühüm addımlar atmışıq”, – Barak bildirib.

O qeyd edib ki, İsrail ümumilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfi ilə aparılan açıq dialoqları yüksək qiymətləndirir: 

“Mən baş nazir olduğum dövrdə onu şəxsən tanıdığıma və onunla beynəlxalq məsələlərdə birlikdə işlədiyimə görə qürur duyuram. Əlbəttə, biz prezident İlham Əliyevlə işləməkdən xoşbəxtik”, – Barak əlavə edib. 

Siyasətçinin sözlərinə görə, ölkələr artıq bir çox sahədə əməkdaşlıq edir və əmin olduğunu bildirib ki, kənd təsərrüfatı əməkdaşlıq üçün perspektiv sahədir. 

“Azərbaycanla əməkdaşlıq edə biləcəyimiz daha bir sahə energetikadır. İsrail bu sahədə yenidir və Azərbaycandan çox şey öyrənə bilər”, – sabiq nazir deyib.

www.ÇıxışYolu.Com