Ekoloq: Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Ekoloq: Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Baxış sayı: 2. 595 dəfə baxılıb.

Rusiyada bu il qış çox sərt olub, normadan artıq qar yağıb. Dağıstanda 1,5-2 metrə qədər qar düşüb. Bu regionların iqlimi Azərbaycanın hava şəraitinə təsir edir.

Bu barədə ÇıxışYolu.Com-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.

Ekoloq: Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Onun sözlərinə görə, hazırda Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur:

“Ya çox soyuqdur, ya da çox istidir. Havanın belə dəyişməsi 1975-ci ildən müşahidə olunmurdu. Bu, normal deyil və dünya kataklizmləri fonunda baş verir”, – ekoloq qeyd edib.

T.Zeynalov bildirib ki, hazırda iki sikl yaranır – siklon və antisiklon:

“Şimaldan soyuq hava kütləsi gəlir, hansı ki Qafqazda antisiklonla qarşılaşır. Məhz bu səbəbdən Azərbaycanın mərkəzinə qar yağmayıb”.

Ekoloq qeyd edib ki,  Azərbaycanda sərt qış və çox isti yay olub, lakin havanın belə kəskin dəyişməsi müşahidə olunmayıb.

“Bu günlərdə Azərbaycana şimaldan soyuq hava kütləsi gələcək. Buzların əriməsi və dünya okeanlarının səthinin soyuması ilə əlaqədar bu siklon sərinlik gətirəcək”, – ekoloq vurğulayıb.

Əli Məmmədov
www.ÇıxışYolu.Com