bbbace03-39b9-40c4-9bea-a8d12cc98a49..jpg

Ekspert: “Azərbaycan Çin üçün Avropaya çıxışı təmin edən əsas marşrutlardan biridir”

Baxış sayı: 690 dəfə baxılıb.

Ekspert: “Azərbaycan Çin üçün Avropaya çıxışı təmin edən əsas marşrutlardan
biridir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Çin üçün Avropaya çıxışı təmin edən əsas nəqliyyat marşrutlarından
biridir”.

Bunu AZƏRTAC-a açıqlamasında Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi
Avropa və Mərkəzi Asiya İnstitutunun direktor müavini Li Cenli deyib.

Tədqiqatçı 2013-cü ildə Çin Lideri Si Cinpinin “Kəmər və yol” təşəbbüsünü
irəli sürməsindən sonra Cənubi Qafqazın onlar üçün çox vacib regiona
çevrildiyini, bu mənada Azərbaycanın da Çin üçün xüsusi əhəmiyyəti olan ölkə
olduğunu bildirib.

“Azərbaycan Çin üçün Avropaya çıxışı təmin edən əsas nəqliyyat marşrutlarından
biridir. Bu baxımdan Azərbaycanla əlaqələrin dərinləşdirilməsi bizim üçün
olduqca əhəmiyyətlidir”, – deyən ekspert əlavə edib ki, “Kəmər və yol”
təşəbbüsü Çin ilə Azərbaycan arasında tarixi münasibətlərin müasir dövrdə
inkişafı üçün də yeni imkanlar yaradır.

Source link