fcf5de3a-39ce-492f-91e9-0f53b2e7a3ba..jpg

Ekspert: “Azərbaycan Gürcüstanın güvəndiyi müttəfiq və tərəfdaşdır”

Baxış sayı: 532 dəfə baxılıb.

Ekspert: “Azərbaycan Gürcüstanın güvəndiyi müttəfiq və tərəfdaşdır”

“Azərbaycan Gürcüstanın güvəndiyi müttəfiq və tərəfdaşdır”.

Bu fikirləri “Report”un Gürcüstan bürosuna açıqlamasında iqtisadi elmlər
doktoru, professor, iqtisadçı ekspert Otar Obesadze deyib.

“Hazırda ölkələrimizin müttəfiq olması strateji əhəmiyyət daşıyır. Bu
birlikdən istifadə edərək daha çox iqtisadi layihələr həyata keçirilsə hər iki
ölkə bir qədər də güclənəcək. Azərbaycan Prezidenti İlham Əliyevin bugünkü
Gürcüstan səfəri iqtisadi əlaqələrimizi inkişaf etdirəcək”, – ekspert bildirib.

Onun sözlərinə görə, Qara dəniz sahilində yeni “Anakliya” limanının tikintisi,
eləcə də mövcud “Poti” limanının genişləndirilməsi müzakirə edilən aktual
mövzular sırasında olub:

“Anakliya ərazisində böyük gəmilərə xidmət göstərəcək dərin dəniz limanının
tikintisi və layihənin Azərbaycanla birgə həyata keçirilməsi iki ölkə arasında
iqtisadi dövriyyəni 300%-dək artıracaq. Bu limanın tikintisindən sonra
indiyədək Gürcüstan ərazisinə daxil ola bilməyən kreyserlər lövbər ala biləcək”.

Source link