6ef47bcc-81d3-45cf-8457-bcb2d7ad0008..jpg

Ekspert: “Azərbaycan regionun aparıcı elektrik enerji ixracatçısına çevriləcək” – FOTO

Baxış sayı: 633 dəfə baxılıb.

Ekspert: “Azərbaycan regionun aparıcı elektrik enerji ixracatçısına
çevriləcək” – FOTO

Elektrik enerji generasiyasının artırılması yönündə Azərbaycanda həyata
keçirilən layihələr ölkəni regionun aparıcı elektrik enerji ixracatçısına
çevirəcək.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli bu gün Azərbaycan
Prezidentiİlham Əliyevin Bakıda “Gülüstan” sarayında keçirilən müstəqillik
dövrünün 1 280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma
mərasimi zamanı çıxışına münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, bu gün 1 280 MVt gücündə olan ən böyük İstilik Elektrik
Stansiyasının təməlinin qoyulması Azərbaycanı bu hədəfə bir az daha
yaxınlaşdıracaq: “Enerji təhlükəsizliyinin təmin olunması Azərbaycan üçün hər
zaman əsas prioritetlərdən biri olub. Azərbaycan Prezidenti İlham Əliyevin də
bugünkü təməlqoyma mərasimində qeyd etdiyi kimi son 20 ildə ölkədə ümumi
generasiya gücü 3 400 meqavata bərabər olan 34 elektrik stansiyası tikilib.
Nəticədə ölkənin ümumi generasiya gücü 7 200 meqavata çatdırılıb. Yeni stansiya
faktiki olaraq gücümüzə güc qatmış olacaq.

Azərbaycanın bərpa olunan enerji sahəsində həyata keçirdiyi işlər isə enerji
təhlükəsizliyimizin dayanıqlılığını təmin etməklə ölkənin ixrac potensialını
artıracaq. Təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavat təşkil
edir. Xarici investorlarla imzalanmış sənədlərə əsasən böyük hissəsi Xəzər
dənizində olmaqla 25 qiqavata qədər günəş və külək enerjisi stansiyalarının
inşası nəzərdə tutulur. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə
qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi
planlaşdırır. Bunun 80 %-nin ixraca gedəcəyi gözlənilir”.

Ekspert hesab edir ki, stansiyanın tikintisi üzrə xarici tərəfdaş kimi İtaliya
şirkəti “Ansaldo”nun seçilməsi iki ölkə arasınsda uzun illər mövcud olan
strateji tərəfdaşlığın göstəricisidir: “İtaliya bizim əsas ticarət
tərəfdaşımızdır. Neftimizin böyük hissəsi məhz bu ölkəyə ixrac edilir.
Trans-Adriatik Boru Kəməri fəaliyyətə başlayandan isə həm də təbii qazımız
İtaliya bazarına çatdırılır. İki ölkənin etibarlılıq prinsipi əsasında qurduğu
uzunillik iqtisadi tərəfdaşlığı digər sahələrə də siraət edib”.

A. Həsənli xatırladıb ki, ötən ilin aprelində Bakıda təməli qoyulan
İtaliya-Azərbaycan Universiteti bunun bariz nümunəsidir: “Azərbaycan-İtaliya
münasibətlərinin əhəmiyyəti mövcud geo-siyasi gərginlik fonunda keyfiyyətcə
yeni səviyyəyə yüksəlib desək yanılmarıq. Ölkəmiz artıq təkcə İtaliya üçün
deyil bütöv Avropa üçün vacib partnyora çevrilib. Bu gün “köhnə kontinet”
Azərbaycanı öz enerji təhlükəsizliyinin əsas həlqələrindən biri kimi qəbul
edir. Ötən il Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji
Tərəfdaşlığa dair Anlaşma Memorandumu bunun təsdiqidir. Zamanla bu
tərəfdaşlığın dərinləşməsini müşahidə edəcəyik. Bu, ölkəmizə maddi gəlirlə
yanaşı həm də qeyri-maddi dividendlər vəd edir. Söhbət Azərbaycanın regional
lider statusunun möhkəmlənməsindən gedir”.

Source link