4dff8f95-ba41-4b80-b39a-c7a9a7abc5fc..jpg

Ekspert: “Bakı ilə İslamabad arasında hərbi əməkdaşlığın möhkəmlənməsi regional sabitliyin vacib elementidir”

Baxış sayı: 477 dəfə baxılıb.

Ekspert: “Bakı ilə İslamabad arasında hərbi əməkdaşlığın möhkəmlənməsi
regional sabitliyin vacib elementidir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi
Ermənistanla Hindistan arasında artan ikitərəfli hərbi əlaqələr fonunda Cənubi
Qafqazda sülhün, sabitliyin və rifahın təmin edilməsində vacib elementdir”.

Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, Cənubi Asiya və Beynəlxalq
Araşdırmalar Mərkəzinin icraçı direktoru Mahmud Ulhəsən Xan Pakistan İslam
Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim
Munirin Azərbaycana səfərini şərh edərkən deyib.

“Ölkələr arasında əməkdaşlıq infrastrukturun inkişafı, Azərbaycanın Qarabağ
bölgəsində minalardan təmizləmə prosesinin aparılması üçün vacibdir.
Azərbaycan, Pakistan və Türkiyə arasında hərbi sahədə ikitərəfli və üçtərəfli
strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir”, –
o bildirib.

Ekspert qeyd edib ki, Pakistan hər zaman Azərbaycanın suverenliyini və ərazi
bütövlüyünü, həmçinin sentyabr ayında həyata keçirdiyi lokal antiterror
tədbirlərini dəstəkləyib:

“Pakistan Xarici İşlər Nazirliyi bəyan edib ki, rəsmi İslamabad Qarabağ
regionunu Azərbaycanın suveren ərazisi hesab edir. Ölkənizin regionun
demilitarizasiyası üzrə səyləri qanuni hüquqları çərçivəsindədir”.

Source link