Mart ayında paytaxtda günlük kirayə verilən mənzillərin qiymətləri qalxıb.
ÇıxışYolu.Com-a bunu açıqlamasında daşınmaz əmlak eksperti Nüsrət İbrahimov deyib.
O qeyd edib ki, yanvar-fevral aylarında günlük mənzil kirayəsi 50 manat idisə, Novruz bayramında 70-80 manata yüksəlib.
Günlük kirayəsi 100 manat təşkil edən mənzillərin kirayəsi 100 dollara qalxıb.
Ümumilikdə hesabat dövründə kirayə qiymətləri 2,6 %, il ərzində isə 2% bahalaşıb.