Ermənistan Müdafiə Nazirliyi siyasi qarşıdurmaya çevrilmiş ölkədaxili vəziyyətə müdaxilə etməyə başlayıb. Serj Sarkisyan yaranmış vəziyyətdən diqqəti yayındırmaq üçün hərəkətə keçib.
Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında “Baku Network” ekspertlər birliyinin rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.
O bildirib ki, Serj Sarkisyan və müdafiə nazirinin artıq Azərbaycanın bu vəziyyətdən istifadə edə biləcəyi ilə bağlı açıqlaması var. Bundan başqa, Azərbaycan ordusunun guya cəbhə xəttinə yerləşdirilməsi ilə bağlı videomaterial da yayımlanıb.
“Onlar hələ Dağlıq Qarabağ məsələsindən təbliğat və müxalifətə qarşı təzyiq üçün istifadə edirlər. Əgər vəziyyət pisləşsə, Sarkisyanı xilas etmək üçün növbəti təxribatları gözləmək olar”, – Ələsgərov deyib.
Eskpertin sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq, budəfəki təxribatlar pis nəticələnə bilər:
“Vəziyyət onların xeyrinə deyil. Qoşunların təmas xəttində Azərbaycan silahlı qüvvələri üstünlük təşkil edir”.
“Əgər Qarabağ klanının hakimiyyətinə birbaşa təhlükə yaradacaq hadisə baş versə, onlar təxribatdan istifadə edəcək”, – Ələsgərov qeyd edib.
Əli Məmmədov
www.ÇıxışYolu.Com