Ekspert: “COP29-un Azərbaycanda keçirilməsi qlobal problemlərin həllində
strateji təşəbbüsdür”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qalıq yanacaq istehsalçısı və ixracatçısı olan Azərbaycan BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) ev sahibliyi edərək hökumətin iqlim dəyişikliyi ilə bağlı
ciddi tədbirlər görmək strategiyasını nümayiş etdirir”.
Bunu “Report”a açıqlamasında pakistanlı analitik və Mərkəzi Asiya üzrə ekspert
Məhəmməd Əli Paşa deyib.
“Bakıda keçiriləcək COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans
deyil, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı
böyük qlobal forum olacaq. Azərbaycanın aktual ekoloji problemləri həll etmək
və davamlı həll yolları tapmağa dair digər ölkələrlə işləmək üçün böyük
imkanları var. COP29 Azərbaycanda iqlim dəyişikliyinin azaldılmasına və yaşıl
təcrübələrin təşviqinə yönəlmiş qlobal təşəbbüslərin təşviqində ölkənin fəal
rolunu vurğulayır”, – o bildirib.
Analitik vurğulayıb ki, Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə
beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla
da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir:
“COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən bir neçə gün
ərzində qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın
və hörmətin sübutudur. Bu, ölkənin qlobal problemlərin həllində məsuliyyətli və
etibarlı tərəfdaş statusunu təsdiqləyir. Prezidentİlham Əliyevin rəhbərliyi
ölkənin COP29-da ətraf mühitin dayanıqlılığı üçün vacib olan müzakirələrin və
tədbirlərin irəliləyişində əsas rol oynamağa sadiqliyini vurğulayır”.