Ekspert: Dollar krediti götürmüş əhaliyə kompensasiya verilməlidir

Ekspert: Dollar krediti götürmüş əhaliyə kompensasiya verilməlidir

Baxış sayı: 6. 823 dəfə baxılıb.

İlin əvvəlində Mərkəzi Bankın təşkil etdiyi depozit hərraclarına marağın azalmasına baxmayaraq, banklar yenidən prosesə diqqəti artırıblar. Ötən gün keçirilən depozit hərracında tələb təklifi 4,53 dəfə üstələyib.

Belə ki, hərracda tələb 1 mlrd. 133,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

İqtisadçı-ekspert Samir Əliyev ÇıxışYolu.Com-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın depozit hərracının keçirilmə intensivliyini azaltması öz təsirini göstərib:

“Hərracda bankların tələbi təklifi beş dəfəyədək üstələyərək tarixi rekord həddə olub və 1 milyard 133 milyon manatı ötüb. Səbəb kreditləşməyə maraqlı olmayan bankların az da olsa, daha etibarlı qazanc mənbəyinə üz tutmasıdır. 

Milli valyutanın sabitliyi fonunda hərraclara tələb yüksək olaraq qalacaq və yeni rekordun olmasını da gözəmək olar. Ona görə də Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirməli (məsələn, 6%-ə), depozitin müddətini isə artırmalıdır (14 gündən 1 aya).

Hətta bu da çıxış yolu deyil. Problem fundamentaldır və real sektorda riskin yüksək olaraq qalmasından qaynaqlanır. Hökumət devalvasiya nəticələrinin törətdiyi fəsadları yenidən nəzərdə keçirməli, dollar krediti götürmüş əhaliyə kompensasiya verməlidir”.

.
www.ÇıxışYolu.Com