Gözlənildiyi kimi, regionun üç liderinin görüşü hələ də ekspert səviyyəsində geniş müzakirəyə səbəb olmadı.
Nəzərə alsaq ki, bir çoxları bu birliyin davamlılığına inanmır və bunun müvəqqəti xarakter daşıdığını düşünürlər, çox güman ki, bunun dərki vaxt tələb edir.
Bu barədə ÇıxışYolu.Com-a açıqlamasında “Baku Network” Beynəlxalq Ekspert Şurasının direktor müavini, politoloq Gülnarə Məmmədzadə deyir.
Çərşənbə günü Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü keçirilib.
Ekspertin fikrincə, yaranmış vəziyyət, Yaxın Şərqdə belə güclü birliyin formalaşması ABŞ-da gərginlik yaradır.
“Görüşün gündəliyi Suriyada vəziyyət idi, belə ki, liderlər arasında müəyyən etibarlılıq səviyyəsi bu formatı natamamlıqdan qorumağa qadirdir.
Tərəflərin hər biri başa düşür ki, onlar bu birliklə regionda özünümüdafiə mexanizmi formalaşdırmağa nail olub.
Bundan başqa, Ankara, Moskva və Tehranı iqtisadi layihələr paketi birləşdirir və bu ittifaqın uzunmüddətli olmasına şərait yaradır.
Ermənistan istisna olmaqla, qonşu ölkələr və ilk növbədə Azərbaycan üçün bu birlik böyük əhəmiyyətə malikdir”, – Məmmədzadə qeyd edib.
“Rəsmi Tehran və Moskva Azərbaycanla inkişaf edən regional əməkdaşlığın üstünlüklərinin fərqindədirlər. Bu kontekstdə Ermənistan regional əməkdaşlıqdan təcrid olunmuş vəziyyətə düşür”.
Əli Məmmədov
www.ÇıxışYolu.Com