Ekspert: Ermənistanda dövlət çevrilişi mümkündür

Ekspert: Ermənistanda dövlət çevrilişi mümkündür

Baxış sayı: 4. 221 dəfə baxılıb.

Yerevanda bu gün baş verən etiraz aksiyası nəinki siyasi xarakterli hərəkət, həm də Sarkisyanın siyasi rəqiblərin əvvəlcədən çox diqqətlə hazırladıqları aksiyadır.

Bu barədə “Cənub Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə ÇıxışYolu.Com müxbiri ilə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu gün bu etiraz aksiyalarının arxasında məhz kimin durduğunu demək çətindir.

Vəlizadə qeyd edir ki, “Amma təşkilatçılar kim olursa olsun, onlar təkcə Ermənistanda deyil, həmçinin onun hüdudlarından kənarda da çox güclü siyasi qüvvədirlər.
Bu mərhələdə, etiraz aksiyasının ilk günlərində, bu siyasi güclər çətin ki özlərini göstərsinlər. Onlara vacibdir ki, etirazlar uzunmüddətli xarakter daşısın və formaca 2016-cı ilin iyulunda Ermənistanda baş verən hadisələri xatırlatsın”.

Ekspert bütün bunların Ermənistanda yaxınlaşan dövlət çevrilişinin əlamətlərinin olduğuna əmindir, amma hər şey hadisələrin gələcək inkişafından asılıdır.

O, deyib ki, “Əgər hakimiyyət tez birləşə və bu aksiyaları sakitləşdirməyə müvəffəq olsa, onda çox güman ki, hər şey bununla da bitəcək.

Əgər hakimiyyət ciddi hərəkətlərə qərar verməsə, aksiya geniş miqyas alacaq və Yerevanın hüdudlarından kənara çıxacaq, o zaman dövlət çevrilişi baş verəcək”.

Vəlizadə bildirib ki, bu gün Ermənistanda baş verən hadisələrin xarakteri, onu deməyə imkan verir ki, etiraz edənlər Yerevanın qüvvədə olan hakimiyyəti ilə dialoqu qəbul etmirlər.

Politoloq onu da əlavə edib ki, Azərbaycana gəldikdə, rəsmi Bakı üçün vacibdir ki, Ermənistanda hakimiyyətə dialoq aparılması mümkün olan insanlar gəlsin. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, Ermənistanın hazırki hakimiyyəti Azərbaycanla dialoq aparmaq və öz sözlərinə görə məsuliyyət daşımaq iqtidarında deyillər”.
Qeyd edək ki, aksiyanın iştirakçıları  Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir təyin olunmasına qarşı etiraz edirlər. Onlar bazar ertəsi günü Yerevanın bir neçə mərkəzi küçəsini bağlayıblar. Aksiyada iştirak edən tələbələr və polislər arasında toqquşma baş verib. 

Əli Məmmədov
www.ÇıxışYolu.Com